I Liqa: “Şəfa” zirvədəki mövqeyini qorumağa çalışacaq, Şükürov debüt edəcək

Azərbaycan I Liqasının 10-cu turu davam edir və bu gün iddialı komandaların matçları keçiriləcək. İlk dövrə məğlubiyyətsiz keçərək 23 xalla zirvədə yerləşən “Şəfa” Binə qəsəbəsində “Zaqatala” ilə üz-üzə gələcək. Çempionluğa ciddi namizəd “Səbail” isə Bayıl “ASCO Arena”da “Difai”ni qəbul edəcək – bu, yeni baş məşqçi Adil Şükürovun komandadakı ilk rəsmi oyunu olacaq. Qələbə Bayıl təmsilçisini yenidən ikinci pilləyə qaytarmaq şansı verəcək.

Ötən gün “Mingəçevir” “Cəbrayıl”ı 2:0, “Baku Sportinq” “Şahdağ Qusar”ı 2:1, MOİK isə “Şimal”ı 2:0 hesabı ilə məğlub edib.

Matç proqramı və hakimlər

14:30 – “Şəfa” – “Zaqatala”

  • Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov
  • Hakim-inspektor: Anar Salmanov
  • AFFA nümayəndəsi: Emin Cəfərov
  • Stadion: Binə qəsəbə stadionu

15:00 – “Səbail” – “Difai”

  • Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev
  • Hakim-inspektor: Əmrah İbrahimov
  • AFFA nümayəndəsi: Bəhram Qurbanov
  • Stadion: Bayıl “ASCO Arena”

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni