II Liqa XIV turu ilin son matçları ilə yekunlaşacaq

Azərbaycan II Liqasının XIV turu ilin son oyunları ilə tamamlanır.

Turun son günündə saat 14:00-da eyni vaxtda 3 maraqlı qarşılaşma keçiriləcək. “Şəmkir” “Ağstafa Gəncləri”nin, “Dinamo” “Göygöl”ün qonağı olacaq, debütant “Şirvan” evində “Kür-Araz”ı qəbul edəcək.

Günün matç proqramı və hakim təyinatları:

  • 14:00 – “Ağstafa Gəncləri” – “Şəmkir” (Ağstafa şəhər stadionu). Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elvin Mədətov, Ruslan Quliyev. Inspektor: Rövşən Əhmədov. AFFA: Rüfət Əmirov.
  • 14:00 – “Göygöl” – “Dinamo” (Göygöl Olimpiya İdman Kompleksi). Hakimlər: Nahid Xasıyev, Aydın Bəxşiyev, Elman Kərimov, Rövşən Rəcəbov. Inspektor: İmanxan Sultani. AFFA: Elçin Mehtiyev.
  • 14:00 – “Şirvan” – “Kür-Araz” (Şirvan Olimpiya İdman Kompleksi). Hakimlər: Ruslan Babayev, Ağadur Mahmudov, Səbuhi Əmrahov, Ceyhun Hüseynov. Inspektor: Ramil Diniyev. AFFA: Eldəniz Musayev.

Ötən gün “Xankəndi” “Şəki Siti”ni 2:1, “Qaradağ Lökbatan” “Araz Saatlı”nı 13:1, “Quba” “Ağdaş”ı 6:1 hesabı ilə məğlub edib. “Qaradağ Lökbatan”da R.Orucov (5 qol), F.Abbaslı (3 qol) fərqlənib.

II Liqa XIV turu ilin son matçları ilə yekunlaşacaq

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni