Transfermarkt-ın qiymətləndirməsinə görə, Misli Premyer Liqası postsovet ölkələrinin ən dəyərli futbol çempionatları arasında top-3-ə daxil olur. Liqada oynayan futbolçuların ümumi bazar dəyəri 125,9 milyon avro (təxminən 259,9 milyon AZN) təşkil edir.
Postsovet reytinqində liderlik
Bu göstərici ilə Azərbaycan çempionatı Rusiya və Ukrayna liqalarından sonra üçüncü yerdədir. Özbəkistan, Qazaxıstan və Belarus kimi komşu ölkə çempionatlarını keçib. “Qarabağ” 88,93 milyon avro ilə lider, “Neftçi” 12 milyon, “Sabah” 11,75 milyon avro dəyərindədir.
Liqanın yüksək mövqeyi Avrokuboklardakı sabit iştirak, legioner transferlərinin qiymət artımı və rəqabət səviyyəsinə bağlıdır. 2025/26 mövsümündə 12 komanda, 308 futbolçu (160 legioner) var. “Qarabağ” UEFA Çempionlar Liqasında, “Zire” Konfrans Liqasında çıxış edir.



