Misli Premyer Liqasının II dövrə XVIII turunda prinsipial “Zirə”-“Sabah” və “Qarabağ”-“Turan Tovuz” matçlarının hakim təyinatları bəlli olub. Peşəkar Futbol Liqası rəsmi saytı detalları açıqlayıb.
Tur 30 yanvar – 1 fevralda keçiriləcək. VAR və AVAR sistemləri geniş tətbiq olunacaq, AFFA inspektorları və nümayəndələri yüksək neytrallıq təmin edəcək.
Misli Premyer Liqası II dövrə, XVIII tur:
30 yanvar:
- 14:30 “Karvan-Yevlax” – “Sumqayıt” (Yevlax stadionu)
- Əsas: Əli Əliyev
- VAR: İnqilab Məmmədov
- 17:00 “Qəbələ” – “İmişli” (Qəbələ stadionu)
- Əsas: Kamranbəy Rəhimov
- VAR: Əliyar Ağayev
31 yanvar:
- 14:30 “Kəpəz” – “Şamaxı” (Yevlax stadionu)
- Əsas: Cavid Cəlilov
- VAR: Fərid Hacıyev
- 17:00 “Zirə” – “Sabah” (Zirə İdman Kompleksi)
- Əsas: Kamal Umudlu
- VAR: Rəvan Həmzəzadə
1 fevral:
- 16:00 “Araz-Naxçıvan” – “Neftçi” (“Liv Bona Dea Arena”)
- Əsas: Rauf Cabarov
- VAR: Vüqar Həsənli
- 18:30 “Qarabağ” – “Turan Tovuz” (Tofiq Bəhramov stadionu)
- Əsas: Elçin Məsiyev
- VAR: Rəşad Əhmədov



