More

    Qarabağın Çempionlar Liqasının pley-off mərhələsində perspektivləri

    Bu MelBet baxışında, «Köhlən Atlar»ın Nyukasla qarşı oyunda şanslarını dəyərləndiririk.

    Tarixi uğur

    Avropanın əsas klub turnirinin pley-off mərhələsinə yüksələn ilk Azərbaycan təmsilçisi olaraq, Qarabağ artıq adını tarixə yazdırıb.  «Köhlən Atlar» əsas mərhələni 10 xalla başa vuraraq 22-ci yeri tutdu və mübarizəni pley-off qarşılaşmalarında davam etdirəcək. Bu nailiyyət sistemli işin nəticəsidir. Komanda daha əvvəl Avropa Liqasının 1/8 finalına çıxmışdı, lakin Çempionlar Liqasının pley-off mərhələsi tamamilə yeni bir zirvədir.

    Səkkizinci turda 0:6 hesablı Liverpul məğlubiyyətinə baxmayaraq, bu nəticə Gurban Gurbanovun komandasının əsas mərhələdəki çıxışı barədə ümumi təəssüratı bir qədər kölgədə qoysa da, kampaniyanın yekun nəticəsi gələcəyə nikbin baxmağa əsas verir. Ən əsası isə – bizim uşaqlar çətin vəziyyətlərdə belə dözümlü olduqlarını və məqsədlərinə çata bildiklərini göstərdilər.

    «Sağsağanlar» ilə döyüş

    İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada rəqibimiz Nyukasl Yunayted oldu. Əsas mərhələdə ingilislər sonadək ilk 8-lik uğrunda mübarizə apardılar, lakin yekunda 12-ci pillədə qərarlaşdılar. Eddie Howe-un qurduğu bu güclü və atletik komanda Çempionlar Liqasında keçirdiyi 8 oyunun 4-də qələbə qazanıb, cəmi 2 məğlubiyyətlə kifayətlənib.

    Əgər statistikaya nəzər salsaq, Nyukasl balanslı görünür: 17 qol vurub (oyun başına orta hesabla 2,13), cəmi 7 top buraxıb (0,88). Müqayisə üçün, komandamızın 21 buraxılmış qolu var (2,63), baxmayaraq ki, bu rəqəm Enfilddəki son oyunda ciddi şəkildə təhrif olunub.Eyni zamanda komandamız topa sahibolma (48,38% ə 47,63%) və ötürmələrin dəqiqliyi (83% ə 82,25%) baxımından rəqibi bir qədər üstələyir. Bu onu göstərir ki, Gurban Gurbanovun komandasının, yüksək səviyyəli rəqiblərlə belə oyunun tempinə nəzarət etmək gücü var.

    Qarabağın gizli üstünlükləri də var – məsələn, logistika. Nyukasl üçün Bakıya səfər əsl sınaq olacaq: Eddie Howe-un komandası 4 000 km-dən çox məsafə qət etməlidir. Həftə ortasında baş tutacaq bu yorucu səfər – əvvəlcə Premyer Liqada Tottenham, daha sonra İngiltərə Kubokunda Aston Villa ilə çətin oyunlardan sonra – komandamızın xeyrinə işləyə bilər.Üstəlik, Qarabağla qarşılaşmalar arasında Nyukasl səfərdə Mançester Siti ilə də oynayacaq. «Köhlən Atların»da Neftçi ilə prinsipial oyunu olacaq, lakin bu qarşılaşma nə Çempionlar Liqası, nə də İPL oyunlarının yükü ilə müqayisə oluna bilməz.

    Eləcə də komandamızın xeyrinə olan digər mühüm amil – xarakterdir. Noyabr ayında Çelsi ilə 2:2 hesablı heç-heçə yaddaşlardadır – Qarabağ ilk dəfə İngiltərə klubuna uduzmadı. Həmin oyun göstərdi ki, Gurban Gurbanovun yetirmələri doğma azarkeşlərin dəstəyi ilə nəhəng klublara qarşı layiqli mübarizə aparmağa qadirdirlər.

    Komandamızı nə gözləyir?

    Qarabağ və Nyukasl arasındakı qarşılaşmanın ilk oyunu 18 fevralda Bakıda baş tutacaq. Bu həlledici məqamdır: 25 fevralda «Sent-Ceyms Park» səfərindən öncə rahat nəticə əldə etməliyik. «Köhlən Atlar» doğma meydanda aqressiv oynamalı, meydan amilindən maksimum yararlanmalıdır. Eyni zamanda müdafiədə də sıx və kompakt qalmaq vacibdir, çünki Nyukasl boş zonalardan çox ustalıqla istifadə edir.

    Cütlüyümüzün qalibi 1/8 finalda dünya futbolunun əjdahalarından biri – Barselona və ya Çelsi ilə qarşılaşacaq. Bakıya daha bir nəhəngin gəlməsi və ya yenidən klub dünya çempionuna qarşı oynamaq perspektivi bizim oğlanlar üçün güclü motivasiyaya çevrilməlidir.

    Azərbaycan çempionlarının qarşısında dünya futbolunun ən varlı liqasının təmsilçisinə qarşı çox çətin bir imtahan var. Lakin pley-off mərhələsi başladıqda artıq statistika və əvvəlki nailiyyətlər ikinci plana keçir. İnanmaq istəyirik ki, «Köhlən Atlar» bu Çempionlar Liqasında hələ son sözlərini deməyiblər.

    Qarabağın oyunlarını etibarlı bukmeyker MelBet ilə birlikdə izləyin!

    MelBet pul ödəyirmi? Əlbəttə, bəli! Əsas odur ki, platformanın qaydalarına əməl edəsiniz, və bu halda uduşunuz tez və artıq suallar olmadan ödəniləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni