I Liqa: “Səbail” yenə büdrədi, “Baku Sportinq” şərikli lider oldu

Azərbaycan I Liqasında XV turun oyunlarına start verilib. Turun açılış günündə iki qarşılaşma keçirilib.

Şamaxıda baş tutan görüşdə “Cəbrayıl” “Baku Sportinq”i qəbul edib. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə İ.Allahverdiyev açıb, 34-cü dəqiqədə E.Abdullayev fərqi artırıb.

Meydan sahiblərinin yeganə qolu isə 56-cı dəqiqədə H.Hüseyn tərəfindən vurulub. Bu nəticə sayəsində paytaxt klubu liderlə xallarını bərabərləşdirərək şərikli birinci pilləyə yüksəlib.

Binədə keçirilən digər oyunda MOİK “Səbail”i qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə “hərbçilər”in xeyrinə başa çatıb. Yeganə qolu 33-cü dəqiqədə B.Soltanov vurub. Beləliklə, “Səbail” növbəti dəfə xal itkisi ilə üzləşərək çempionluq mübarizəsində mövqeyini zəiflədib.

Qeyd edək ki, XV turun digər oyunları – “Şəfa” – “Mingəçevir”, “Zaqatala” – “Difai” və “Şimal” – “Şahdağ Qusar” görüşləri sabah keçiriləcək.

Azərbaycan I Liqası, XV tur, 18 fevral:

  • “Cəbrayıl” – “Baku Sportinq” 1:2
    Qollar: H.Hüseyn, 56 – İ.Allahverdiyev, 22. E.Abdullayev, 34.
  • MOİK – “Səbail” 1:0
    Qol: B.Soltanov, 33.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni