I Liqa: “Səbail” böyük hesabla qalib gəldi, MOİK minimal üstünlük qazandı

Azərbaycan I Liqasında XVII turun qarşılaşmaları yekunlaşıb. Turun ikinci oyun günündə iki maraqlı görüş keçirilib və turnir cədvəlinə təsir edən nəticələr qeydə alınıb.

Çempionluğa iddialı komandalar arasında yer alan “Səbail” səfərdə “Cəbrayıl”la üz-üzə gəlib. Keçmiş baş məşqçi Cavid Hüseynovun rəhbərlik etdiyi komandaya qarşı oynayan Adil Şükürovun yetirmələri Şamaxıda inamlı qələbə qazanıblar. Görüş “Səbail”in böyük hesablı üstünlüyü ilə başa çatıb.

Turun digər oyununda MOİK qalib gəldi

Günün ikinci qarşılaşmasında MOİK və “Difai” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Paytaxt təmsilçisi rəqibini minimal fərqlə məğlub edərək vacib üç xal əldə edib.

Bununla da XVII turun bütün oyunları başa çatıb. Xatırladaq ki, turun əvvəlki günündə də üç maraqlı görüş keçirilmişdi.

Həmin matçlarda “Şəfa” “Şahdağ Qusar”ı 2:1 hesabı ilə məğlub edib, “Mingəçevir” isə “Baku Sportinq” üzərində 1:0 hesablı qələbə qazanıb.

Digər qarşılaşmada isə “Şimal” və “Zaqatala” komandaları arasında keçirilən gərgin oyunda 7 qol vurulub və “Şimal” 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan I Liqası, XVII tur – 6 mart:

“Cəbrayıl” – “Səbail” – 1:4

Qollar: A.Eli, 63 – A.Almeida, 32; 75. S.Quliyev, 37. K.Quliyev, 90.

MOİK – “Difai” – 2:1

Qollar: M.Baxşəli, 37. K.Kazımov, 88 – M.Musazadə, 90.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni