Azərbaycan Kuboku: Premyer Liqa komandaları mübarizəyə qoşulur

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir.

Sport-az.com xəbər verir ki, bu gün daha dörd qarşılaşma keçiriləcək. Bu oyunlardan üçündə Premyer Liqa təmsilçiləri mübarizəyə qoşulacaq. “Araz-Naxçıvan” Mərdəkanda “Şahdağ Qusar”la, “Kəpəz” Tovuzda “Ağdaş”la, “Səbail” isə Bayılda “Dinamo” ilə qarşılaşacaq.

Xatırladaq ki, mərhələnin ilk 1/8 finalçısı dünən müəyyənləşib. “Hypers Guba” üzərində 7:2 hesablı qələbə qazanan “Turan Tovuz” mərhələni çətinlik çəkmədən adlayıb.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 oktyabr

  • 14:00 — MOİK – “Şimal”
    Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov
    Hakim-inspektor: Anar Salmanov
    AFFA nümayəndəsi: Yavər Rəhimov
    Məkan: Sumqayıt, “Kapital Bank Arena” (ehtiyat meydança)
  • 16:00 — “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
    Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov
    Hakim-inspektor: Ömər Paşayev
    AFFA nümayəndəsi: Elçin Məmmədov
    Məkan: Mərdəkan, “Liv Bona Dea Arena”
  • 16:00 — “Ağdaş” – “Kəpəz”
    Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov
    Hakim-inspektor: Zöhrab Qədiyev
    AFFA nümayəndəsi: Namiq Əliyev
    Məkan: Tovuz şəhər stadionu
  • 18:00 — “Dinamo” – “Səbail”
    Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev
    Hakim-inspektor: Vüsal Əliyev
    AFFA nümayəndəsi: Elgiz Abbasov
    Məkan: Bayıl, “ASCO Arena”

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni