Azərbaycan II Liqasında XVIII turun oyunlarına start verilib. İki gün davam edəcək turun ilk günündə iki qarşılaşma keçirilib və hər iki matç gərgin mübarizə ilə yadda qalıb.
Zaqatalada keçirilən oyunda “Şəki Siti” “Kür-Araz”ı qəbul edib. Qarşılaşmanın ilk hissəsində qonaqlar üstün olub və Ü.Nağdalıyev (16) ilə E.Məmmədovun (41, 44) qolları sayəsində hesabı 3:0-a çatdırıblar.
Şəki təmsilçisindən möhtəşəm kambek
İkinci hissədə isə meydan sahibləri inanılmaz geri dönüşə imza atıblar. T.Zeynalov 52-ci və 69-cu dəqiqələrdə fərqlənərək fərqi azaldıb. 88-ci dəqiqədə N.Fərəci penalti ilə hesabı bərabərləşdirib, 90-cı dəqiqədə isə T.Zeynalov het-trik edərək “Şəki Siti”yə 4:3 hesablı qələbə qazandırıb.
Digər oyunda “Ağstafa Gəncləri” “Şirvan”ı qəbul edib. Qonaqlar 45+2-ci dəqiqədə E.Xəlilovun qolu ilə önə keçiblər. 90+1-ci dəqiqədə E.Namazov hesabı bərabərləşdirsə də, E.Xəlilov 90+4-cü dəqiqədə vurduğu ikinci qolla “Şirvan”a 2:1 hesablı qələbə qazandırıb.
XVIII turun ilk gününün nəticələri:
- “Şəki Siti” – “Kür-Araz” 4:3
Qollar: T.Zeynalov (52, 69, 90), N.Fərəci (88, pen) – Ü.Nağdalıyev (16), E.Məmmədov (41, 44) - “Ağstafa Gəncləri” – “Şirvan” 1:2
Qollar: E.Namazov (90+1) – E.Xəlilov (45+2, 90+4)



