“Qarabağ” “Bodo Qlimt”dən 23 addım öndə

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Sport-az.com xəbər verir ki, “Top-100”də Azərbaycan yalnız bir klubla təmsil olunur. “Qarabağ” Avropada 63-cü yerdə qərarlaşıb və komandanın hesabında 276 xal var.

Azərbaycan çempionunun Avropa Liqasındakı növbəti rəqibi olan “Bodo Qlimt” də ilk 100-lükdə yer alır, lakin Norveç təmsilçisi 164 xalla “Qarabağ”dan 23 addım geridədir.

Qeyd edək ki, reytinq siyahısına 2409 xalla İspaniyanın “Real Madrid” klubu başçılıq edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni