Azərbaycan I Liqasında bu gün XX turun oyunlarına start verilir. Tur iki günü əhatə edəcək və ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
Əvvəlcə MOİK komandası “Cəbrayıl”la üz-üzə gələcək. Binə qəsəbə stadionunda baş tutacaq görüş saat 15:00-da start götürəcək.
Yarım saat sonra, saat 15:30-da isə növbəti oyun keçiriləcək. “Zaqatala” doğma meydanda “Difai”ni qəbul edəcək və komandalar vacib xallar uğrunda mübarizə aparacaqlar.
Günün son qarşılaşması və turun mərkəzi oyunu Bayılda təşkil olunacaq. İddialı kollektivlərdən olan “Səbail” və “Baku Sportinq” ikinci pillə uğrunda mübarizədə üz-üzə gələcəklər. Oyun saat 17:00-da başlayacaq.
Azərbaycan I Liqası, XX tur, 2 aprel
15:00 – MOİK – “Cəbrayıl”
- Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov.
- Hakim-inspektor: Orxan Məmmədov.
- AFFA nümayəndəsi: Novruz Əzimov.
- Stadion: Binə qəsəbə stadionu.
15:30 – “Zaqatala” – “Difai”
- Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə.
- Hakim-inspektor: Rövşən Əhmədov.
- AFFA nümayəndəsi: Azər Əsgərov.
- Stadion: Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
17:00 – “Səbail” – “Baku Sportinq”
- Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov.
- Hakim-inspektor: Zöhrab Qədiyev.
- AFFA nümayəndəsi: Nəriman Axundov.
- Stadion: “Bayıl Arena”.



