Futbol üzrə Azərbaycan I Liqasında XX turun oyunlarına yekun vurulub. Turun son günündə keçirilən iki qarşılaşma gözlənilməz nəticələrlə yadda qalıb və turnir cədvəlində mübarizəni daha da gərginləşdirib.
“Mingəçevir” doğma meydanda lider “Şəfa” ilə üz-üzə gəlib və inamlı oyun nümayiş etdirərək rəqibini böyük hesabla məğlub edib. Bu nəticə turun əsas sürprizi kimi qiymətləndirilir. Digər oyunda isə “Şahdağ Qusar” autsayder “Şimal”a qarşı minimal hesablı qələbə qazanaraq vacib üç xalı aktivinə yazdırıb.
I liqa, XX tur, 3 aprel:
“Mingəçevir” – “Şəfa” 5:2
Qollar: E.Mustafayev, 6, K.Kalunqa, 50, T.Qarayev, 86, 90+5, A.Usman, 88 – E.Zamanov, 55 (pen), A.Ebrahimzade, 90
“Şahdağ Qusar” – “Şimal” 1:0
Qollar: A.Kulibali, 4



