Şahmat üzrə fərdi Avropa çempionatında Azərbaycan millisinin 14 üzvü iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasına istinadən Sport-az.com xəbər verir ki, turnir aprelin 7-də Polşanın Katovitse şəhərində start götürəcək. Yarışda 43 ölkədən ümumilikdə 502 şahmatçı qüvvəsini sınayacaq.
Azərbaycanı bu mötəbər turnirdə Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Züqanov və Ceyhun Hüseynzadə təmsil edəcəklər.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq çempionat aprelin 19-da başa çatacaq. Turnirin nəticələrinə əsasən, Dünya Kubokuna vəsiqə qazanan şahmatçıların adları bəlli olacaq.



