Azərbaycan II Liqasında XXI turun oyunları davam edir və ikinci oyun günü liderlərin üstün çıxışı ilə yadda qalıb. Turnir cədvəlində ön sıralarda yer alan komandalar bu dəfə də rəqiblərinə şans tanımayıb.
Həm lider “Xankəndi”, həm də onu izləyən “Qaradağ Lökbatan” qarşılaşmalarını böyük hesabla başa vuraraq çempionluq mübarizəsində iddialarını bir daha ortaya qoyublar.
Liderlərdən inamlı qələbələr
“Qaradağ Lökbatan” səfərdə “Dinamo” ilə görüşdə oyunun bütün komponentlərində üstün olub və rəqibini 5:0 hesabı ilə darmadağın edib. Komanda erkən dəqiqələrdən təşəbbüsü ələ alaraq matç boyu tempini qoruyub.
Digər qarşılaşmada isə lider “Xankəndi” “Şirvan”ın qonağı olub və 5:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə komanda turnir cədvəlində mövqeyini daha da möhkəmləndirib.
Eyni gün keçirilən üçüncü oyunda “Şəmkir” səfərdə “Kür-Araz”la qarşılaşıb və minimal hesabla – 0:1 uduzub.
Azərbaycan II Liqası
XXI tur
7 aprel
15:00. “Dinamo” – “Qaradağ Lökbatan” 0:5
Binə qəsəbə stadionu
16:00. “Şirvan” – “Xankəndi” 1:5
Şirvan OİK stadionu
16:00. “Kür-Araz” – “Şəmkir” 1:0
Heydər Əliyev adına İmişli şəhər stadionu



