II Liqada XXI tur başa çatdı: Qubada yekun oyun keçirildi

Azərbaycan II Liqasında XXI turun qarşılaşmalarına yekun vurulub. Aprelin 6-da start götürən tur son olaraq Qubada keçirilən görüşlə tamamlanıb. Turun bağlanış oyununda eyni adlı komanda doğma azarkeşləri önündə inamlı qələbə qazanaraq diqqət çəkib.

XXI turun əvvəlki qarşılaşmaları da kifayət qədər məhsuldar keçib. “Göygöl” öz meydanında “Ağdaş”a 0:2 hesabı ilə uduzub. “Araz Saatlı” isə “Ağstafa Gəncləri” üzərində 7:1 hesablı böyükhesablı qələbə qazanaraq turun ən diqqətçəkən nəticəsinə imza atıb.

Bununla yanaşı, “Qaradağ Lökbatan” “Dinamo”nu 5:0, “Xankəndi” “Şirvan”ı 5:1 hesabı ilə məğlub edib. “Kür-Araz” isə “Şəmkir” üzərində qələbə qazanaraq aktivinə növbəti xalları yazdırıb.

Azərbaycan II Liqası, XXI tur, 9 aprel:

Quba – Şəki Siti 5:1

  • Qollar: C.Qasımov, 31; İ.İbrahimli, 34, 69; E.Səmədov, 58, 81 – E.Hacıbalayev, 76
  • Hakimlər: Murad Səlimov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Hacıağa Həsənov
  • Hakim-inspektor: Asim Xudiyev
  • AFFA nümayəndəsi: Namiq Əliyev
  • Quba OİK stadionu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni