Bu gün Azərbaycan II Liqasında XXII tura yekun vurulur. Turun ikinci oyun günündə üç qarşılaşma baş tutacaq və turnir cədvəlində vəziyyətə aydınlıq gələcək.
Günün diqqət mərkəzində lider “Xankəndi”nin oyunu olacaq. Qarabağ təmsilçisi Bakıda “Dinamo”nu qəbul edəcək. Meydan sahibləri qalib gələcəyi halda həm liderliyini möhkəmləndirəcək, həm də əsas izləyicisi “Qaradağ Lökbatan”ın xal itirməsinə ümid edəcək.
Digər qarşılaşmada “Qaradağ Lökbatan” öz meydanında “Quba” ilə üz-üzə gələcək. Turun son oyununda isə “Şəki Siti” ilə “Ağstafa Gəncləri” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında da maraqlı nəticələr qeydə alınıb. “Araz Saatlı” doğma meydanda “Göygöl”ə 1:2 hesabı ilə uduzub. “Ağdaş” isə öz azarkeşləri önündə “Kür-Araz”ı minimal hesabla – 1:0 məğlub edib. “Şəmkir” – “Şirvan” görüşündə də yalnız bir qol vurulub və qonaqlar 1:0 hesablı qələbə ilə 3 xal qazanıblar.
Azərbaycan II Liqası, XXII tur, 14 aprel:
13:00 – “Xankəndi” – “Dinamo”
- Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov
- Hakim-inspektor: Feyzulla Feyzullayev
- AFFA nümayəndəsi: Azər Əsgərov
- “Palms Sports Futbol Mərkəzi” (IV meydança)
16:00 – “Qaradağ Lökbatan” – “Quba”
- Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev
- Hakim-inspektor: Şahin Cəfərov
- AFFA nümayəndəsi: Nəriman Axundov
- Lökbatan, Olimpiya İdman Kompleksi stadionu
16:00 – “Şəki Siti” – “Ağstafa Gəncləri”
- Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov
- Hakim-inspektor: Rövşən Əhmədov
- AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
- Zaqatala, Olimpiya İdman Kompleksi stadionu



