II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan” qələbə ilə turu başa vurdu

Azərbaycan II Liqasında XXII turun oyunları yekunlaşıb. Son oyun günündə üç qarşılaşma keçirilib və liderlər mövqelərini qorumağı bacarıblar.

Turnir cədvəlinin lideri “Xankəndi” doğma meydanda “Dinamo”nu məğlub edərək növbəti üç xalını qazanıb. Bu qələbə komandaya zirvədə mövqeyini daha da möhkəmləndirməyə imkan verib.

Turun paralel keçirilən digər görüşlərində də maraqlı nəticələr qeydə alınıb. “Şəki Siti” öz meydanında “Ağstafa Gəncləri”nə böyük hesabla uduzub. Eyni zamanda, liderin əsas izləyicisi “Qaradağ Lökbatan” “Quba” üzərində inamlı qələbə qazanaraq təqibini davam etdirib.

Ötən gün keçirilən qarşılaşmalarda isə “Ağdaş” “Kür-Araz”ı minimal hesabla məğlub edib, “Göygöl” “Araz Saatlı”nı üstələyib, “Şirvan” isə “Şəmkir” üzərində qələbə qazanıb.

Azərbaycan II Liqası, XXII tur
14 aprel
:

  • Xankəndi – Dinamo 3:1
    Qollar: E.Nəsibov, 7, 67; E.Quliyev, 71 (pen.) – V.Seyidov, 34
  • Şəki Siti – Ağstafa Gəncləri 1:4
    Qollar: R.İbrahimov, 8 – R.Süleymanov, 3; E.Hüseynov, 50, 72; İ.Allahverdiyev, 66

  • Qaradağ Lökbatan – Quba 5:1
    Qollar: R.Quliyev, 43, 45; T.Axverdiyev, 55; S.Allahquliyev, 62; V.Hüseynov, 85 – B.Köçərli, 74

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni