Azərbaycan I Liqasında 23-cü turun həlledici günü start götürür. Bu gün keçiriləcək iki qarşılaşma turnir cədvəlinin yuxarı pillələrində ciddi dəyişikliklərə səbəb ola bilər.
Xüsusilə diqqət mərkəzində Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan komandalar – “Bakı Sportinq” və “Səbail”dir. Hər iki kollektiv üçün bugünkü oyunlar böyük əhəmiyyət daşıyır.
“Bakı Sportinq” səfərdə Şamaxıda “Şimal”la qarşılaşacaq. Digər oyunda isə “Səbail” Buzovnada “Difai”nin qonağı olacaq. Hər iki görüş eyni vaxtda – saat 16:00-da başlayacaq.
Dünən baş tutan oyunlar da diqqətdən kənarda qalmayıb. “Şəfa” MOİK üzərində 3:0 hesablı qələbə qazanıb, “Şahdağ Qusar” səfərdə “Zaqatala”nı minimal hesabla məğlub edib. Turun ən gözlənilməz nəticəsi isə “Mingəçevir”in “Cəbrayıl”a 1:2 hesabı ilə uduzması olub.
Azərbaycan I Liqası, XXIII tur
23 aprel:
16:00. “Şimal” – “Bakı Sportinq”
- Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə.
- Hakim-inspektor: Munis Abdullayev.
- AFFA nümayəndəsi: Asif Əliyev.
- Şamaxı OİK stadionu.
16:00. “Difai” – “Səbail”
- Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
- Hakim-inspektor: Babək Quliyev.
- AFFA nümayəndəsi: Törə Əhmədova.
- Buzovna qəsəbə stadionu.



