Azərbaycan yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa Kubokunda geniş heyətlə təmsil olunacaq. Almaniyanın paytaxtı Berlində baş tutacaq turnirdə millimiz 16 çəki dərəcəsində mübarizə aparacaq.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, yığma yarışa ümumilikdə 39 idmançı ilə qatılır. Onlardan 20-si oğlan, 19-u isə qız cüdoçudur. Komandaya oğlanlarda baş məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə, qızlarda isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Heyət və çəki dərəcələri
Oğlanlar:
- 50 kq: Nihad Ağayev
- 55 kq: Rza Xəlilli, Fərid Xudiyev, İbrahim Talıbov
- 60 kq: Mehman Əsgərov, Mikayıl Qocayev
- 66 kq: Sənan Piriyev, İlkin Qarayev, Elgün Səfərov
- 73 kq: Sadiq Məmmədov, Kənan Rəhimov, Yusuf Nəzər
- 81 kq: Yaqub Məmmədov, Polad Həsənli, Amin Mehdiyev, Ayxan Həsənli
- 90 kq: Ömər Axundov, Nurəddin Əliyev
- +90 kq: Tamerlan Əliyev, Ruslan Kazımov
Qızlar:
- 40 kq: Sunay Salamova, Zəhra Quliyeva
- 44 kq: Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva
- 48 kq: Səkinə Zeynalova, Könül Eyvazlı
- 52 kq: Tövsiyyə Babayeva, Nərmin Ağamirzəzadə
- 57 kq: Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə, Səmayə Yusifli
- 63 kq: Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli
- 70 kq: Rəna Əhmədova, Məsumə Məmmədli
- +70 kq: Zemfira Əliyeva
Yarışda Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da təmsil edəcək.
Qeyd edək ki, aprelin 25–26-da keçiriləcək Avropa Kubokunda ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq.



