Bu gün Avropa Liqasının Liqa mərhələsində “Qarabağ” dördüncü tur oyununu keçirib.
Sport-az.com xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Norveçin “Bodo Qlimt” komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Bu nəticə “Qarabağ”ın yeni formatda keçirilən turnirdə ilk qələbəsi, “Bodo Qlimt”in isə ilk məğlubiyyəti olub.
Bu qələbə ilə “Qarabağ” turnir cədvəlində 36-cı sıradan 29-cu pilləyə yüksəlib. Hazırda “Qarabağ” 3 xalla 29-cu yerdədir. “Bodo Qlimt” isə 7 xalla 11-ci pillədə qərarlaşıb.
Əvvəlki oyunlarda “Qarabağ” “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabı ilə məğlub olmuşdu. “Bodo Qlimt” isə “Portu” üzərində 3:2, “Braqa” üzərində 2:1 hesablı qələbələr əldə etmiş, “Yunion”la 0:0 hesablı heç-heçə etmişdi.
Bu oyunla “Qarabağ” və “Bodo Qlimt” ilk dəfə qarşı-qarşıya gəldilər.
Avropa Liqası, Liqa mərhələsi, IV tur
21:45 “Bodo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qollar:
- Toral Bayramov, 22 (0:1)
- Patrik Berq, 41 (1:1)
- Abdullah Zubir, 69 (1:2)
Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)
Stadion: “Aspmira”