Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli futbol komandasının UEFA Millətlər Liqasında qarşıdakı Estoniya və İsveç oyunları üçün heyəti müəyyən edilib.

Sport-az.com xəbər verir ki, milli komandamızın baş məşqçisi Fernandu Santuş AFFA-nın mətbuat konfransında yığmaya dəvət edilən futbolçuların siyahısını açıqlayıb. Təlim-məşq toplanışına noyabrın 11-də başlanacaq.

Azərbaycan millisinin heyəti:

S.Ad/SoyadKlub
1Nicat MehbalıyevSabah
2Rza CəfərovNeftçi
3Aydın BayramovZirə
4Abbas HüseynovQarabağ
5Amin SeydiyevSabah
6Rahil MəmmədovRadomiak Radom, Polşa
7Bəhlul MustafazadəQarabağ
8Zamiq ƏliyevEqnatia, Albaniya
9Bədavi HüseynovQarabağ
10Anton KrivotsyukDaejeon Hana Siti, Cənubi Koreya
11Elvin CəfərquliyevQarabağ
12Coşqun DiniyevBandırmaspor, Türkiyə
13Aleksey İsayevQarabağ
14Xəyal NəcəfovTuran Tovuz
15Ceyhun NuriyevZirə
16Mustafa ƏhmədzadəAraz-Naxçıvan
17Səbuhi AbdullazadəSumqayıt
18Emin MahmudovNeftçi
19Toral BayramovQarabağ
20Ozan Can KökçüHJK, Finlandiya
21Rüstəm ƏhmədzadəZirə
22Ramil ŞeydayevNeftçi
23Mahir EmreliNürnberq, Almaniya
24Nəriman AxundzadəQarabağ

Toplanış və oyun proqramı:

  • Millimiz noyabrın 11-də Qəbələdə təlim-məşq toplanışına başlayacaq.
  • Estoniya ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda keçiriləcək.
  • Komanda Estoniya ilə qarşılaşmadan sonra, noyabrın 17-də Stokholma yola düşəcək.
  • İsveçlə oyunöncəsi son məşq noyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da baş tutacaq.

Oyunlar:

  • Noyabr 16: Estoniya ilə saat 18:00-da Qəbələ şəhər stadionunda.
  • Noyabr 19: İsveçlə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni