“Turan Tovuz” və “Kəpəz”in veteran futbolçuları arasında maraqla gözlənilən yoldaşlıq oyunu keçiriləcək.
Sport-az.com xəbər verir ki, Tovuz klubunun mətbuat xidmətinin məlumatına görə, bu yoldaşlıq oyunu “Turan”ın çempionluğunun və ölkəmizi ilk dəfə “Fənərbaxça” ilə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyinə həsr olunub.
Qarşılaşma 11 noyabr tarixində saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq. Bu oyun, Azərbaycan futbolunun köklü komandaları olan “Turan Tovuz” və “Kəpəz”in veteranlarını bir araya gətirərək futbolsevərlərə nostalji dolu anlar yaşadacaq.