I Liqada mövsüm başa çatdı: “Mingəçevir” pley-offa yüksəldi

Azərbaycan I Liqasında 2025/2026 mövsümünə rəsmi olaraq yekun vurulub. Son turun oyunları həm turnir cədvəli, həm də Premyer Liqaya vəsiqə uğrunda mübarizə baxımından həlledici olub.

Turun ən diqqətçəkən qarşılaşması Mingəçevirdə keçirilib. Eyniadlı komanda doğma meydanda “Səbail”i qəbul edib və inamlı qələbə qazanaraq mövsümü ikinci pillədə başa vurub. Bu nəticədən sonra “Mingəçevir” elitaya yüksəlmək uğrunda pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq.

Ev sahibləri oyuna fəal başlayaraq ilk hissədə üstünlüyü ələ keçiriblər. Elnur Bayramov və Elvin Mustafayevin qolları komandaya rahat üstünlük qazandırıb. İkinci hissədə Əli Eyubov fərqi artırıb, əlavə vaxtda isə Kamran Quliyev penalti zərbəsini dəqiq yerinə yetirib.

“Səbail”in yeganə qoluna Qədir Səfərov imza atıb. Bakı təmsilçisi oyunu doqquz nəfərlə başa vurub. Fərid Məmmədli və Lətif Rzayev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.

“Şahdağ Qusar” doğma meydanda “Baku Sportinq”lə heç-heçə edib. Bu nəticə qonaqların pley-off şansını tam itirməsi ilə nəticələnib.

“Zaqatala” isə mövsümün son matçında çempion “Şəfa” üzərində əzmkar qələbə qazanıb.

I Liqa, XXVII tur
22 may

“Şahdağ Qusar” – “Baku Sportinq” 1:1

Qollar: P.Aqblevor, 46 – E.Tağıyev, 29

“Mingəçevir” – “Səbail” 4:1

Qollar: E.Bayramov, 14, E.Mustafayev, 29, Ə.Eyubov, 53, K.Quliyev, 90+2 (pen) – Q.Səfərov, 42

Qırmızı vərəqələr: F.Məmmədli, 77, L.Rzayev, 85 (hər ikisi “Səbail”)

“Zaqatala” – “Şəfa” 2:1

Qollar: S.Abdullayev, 49, M.Məmmədov, 53 – İ.Əliyev, 10

I Liqada mövsüm başa çatdı: “Mingəçevir” pley-offa yüksəldi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni