The Ring açıqladı: Usik zirvədə qaldı, Frank Sançes TOP-10-a yüksəldi

Nüfuzlu “The Ring” jurnalı ağır çəki dərəcəsi üzrə yenilənmiş reytinq siyahısını təqdim edib. Siyahıda ukraynalı dünya çempionu Oleksandr Usik yenə də lider mövqeyini qoruyub saxlayıb.

WBC, WBA və IBF kəmərlərinin sahibi olan Usik son döyüşündə kikboksinq ulduzu Riko Verhoveni 11-ci raundda nokaut edərək titulunu müdafiə etmişdi. Bunun ardından “The Ring” kəməri də yenidən onun adına rəsmiləşdirilib.

Dubua ilk pillədə, Fyuri ilk üçlükdə

Yenilənmiş siyahıda birinci sırada WBO çempionu Daniel Dubua qərarlaşıb. Müvəqqəti WBC çempionu Aqit Kabayel ikinci pillədə yer alıb. Böyük Britaniya təmsilçisi Tayson Fyuri isə üçüncü sırada göstərilib.

Kubalı Frank Sançes son uğurlu çıxışından sonra ilk “10-luq”da irəliləyib. O, IBF xətti üzrə keçirilən eliminator döyüşündə amerikalı Riçard Torresi ikinci raundda nokaut edib və yeddinci pilləyə yüksəlib. Torres isə reytinqdən kənarda qalıb.

The Ring-in ağır çəki reytinqi:

Çempion — Oleksandr Usik

  1. Daniel Dubua
  2. Aqit Kabayel
  3. Tayson Fyuri
  4. Fabio Uordli
  5. Filip Hrqoviç
  6. Moses İtauma
  7. Frank Sançes
  8. Efe Acagba
  9. Murat Qassiyev
  10. Castis Huni

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni