“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi birinci qrupun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.
“Neftçi” bu mərhələni uğurla keçəcəyi təqdirdə, finalda Yunanıstanın PAOK və İsrailin “Hapoel” (Yerusəlim) komandaları arasında keçiriləcək görüşün qalibi ilə üz-üzə gələcək. Final matçının qalibi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal oyunları iyulun 22-də keçiriləcək. Qrupun qalibini müəyyənləşdirəcək final qarşılaşması isə iyulun 25-nə nəzərdə tutulub.




