DÇ-2026: Mərakeş və Fransa 1/4 finala yüksəldi, ilk cütlük müəyyənləşdi

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin daha iki qarşılaşması başa çatıb. Mərakeş Kanada üzərində inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib, Fransa isə Paraqvayı minimal hesabla məğlub edib. Bununla da mundialın ilk 1/4 final cütlüyü rəsmən formalaşıb – Mərakeş Fransa ilə üz-üzə gələcək.

Mərakeş Kanadanı darmadağın etdi, Unahi dubl müəllifi oldu

İyulun 4-də Hyustondakı NRG Stadium arenasında keçirilən qarşılaşmada Mərakeş millisi Kanadaya heç bir şans verməyərək 3:0 hesablı qələbə qazandı.

Oyunda hesab yalnız ikinci hissədə açıldı. Azzəddin Unahi 50-ci dəqiqədə komandasını önə çıxardı, 82-ci dəqiqədə isə dublunu rəsmiləşdirərək üstünlüyü artırdı. Qarşılaşmanın son nöqtəsini əlavə olunmuş vaxtın səkkizinci dəqiqəsində Əşrəf Rahimi qoydu.

Mərakeş bu qələbə sayəsində 1/4 finala vəsiqə qazandı.

Dünya çempionatı 2026, 1/8 final

Kanada – Mərakeş – 0:3

Qollar: Unahi, 50, 82; Rahimi, 90+8.

Mbappe Fransanı növbəti mərhələyə çıxardı

DÇ-2026: Mərakeş və Fransa 1/4 finala yüksəldi, ilk cütlük müəyyənləşdi

İyulun 5-də Filadelfiyadakı Lincoln Financial Field stadionunda keçirilən digər 1/8 final oyununda Fransa millisi Paraqvay üzərində 1:0 hesablı qələbə qazanıb.

Gərgin keçən görüşün taleyini 70-ci dəqiqədə təyin olunan penalti həll edib. Komandanın lideri Kilian Mbappe 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək fransızlara vacib qələbə qazandırıb.

Bu nəticədən sonra Fransa 1/4 finalda Mərakeşlə qarşılaşacaq və turnirin ilk dörddəbir final cütlüyü məhz bu komandalar arasında olacaq.

Dünya çempionatı 2026, 1/8 final

Paraqvay – Fransa – 0:1

Qol: Mbappe, 70 (pen.).

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni