Azərbaycan Kubokunun qalibi “Sabah” bu gün klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasında meydana çıxacaq. Bakı təmsilçisi turnirin I təsnifat mərhələsinin ilk oyununda Uels çempionu The New Saints (TNS) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Masazırdakı Bank Respublika Arenada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu görüş “Sabah” üçün Avropanın ən nüfuzlu klub turnirində ilk rəsmi matç kimi tarixə düşəcək. Komanda ilk oyunda sərfəli nəticə qazanaraq cavab qarşılaşmasına üstünlüklə yollanmağa çalışacaq.
İki oyunun qalibi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələcək, məğlub olan tərəf isə mübarizəni UEFA Konfrans Liqasının təsnifat mərhələsində davam etdirəcək.
Cavab görüşü iyulun 14-də Uelsin Osvestri şəhərində yerləşən Park Hall stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.




