“Araz-Naxçıvan” braziliyalı qapıçı Arthur Auqustonu transfer etdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” heyətini daha bir legionerlə gücləndirib. Klub 2026/2027 mövsümü üçün braziliyalı qapıçı Arthur Auqusto da Silva ilə rəsmi müqavilə imzaladığını açıqlayıb. 27 yaşlı futbolçu ilə bir illik anlaşma əldə olunub.

Arthur Auqusto peşəkar karyerası ərzində Braziliyanın Desportivo Brasil, Portuqaliyanın Oliveyrense və Feirense klublarında çıxış edib. Azərbaycana gəlməzdən əvvəl isə İndoneziya çempionatında Semen Padang komandasının şərəfini qoruyurdu. Yeni transferin əsas məqsədi qapı xəttində rəqabəti artırmaq və komandanın qarşıdakı mövsümdəki hədəflərinə töhfə verməkdir.

"Araz-Naxçıvan" braziliyalı qapıçı Arthur Auqustonu transfer etdi

Transfer çalışmalarını davam etdirirlər

“Araz-Naxçıvan” yay transfer pəncərəsində heyətini formalaşdırmaq istiqamətində aktiv fəaliyyət göstərir. Klub son günlər bir sıra futbolçularla müqavilələrin müddətini uzadıb və yeni oyunçuları komandaya cəlb edib. Bu günədək aşağıdakı futbolçularla anlaşmalar rəsmiləşdirilib:

  • Tərlan Əhmədli;
  • Ömər Buludov;
  • Slavik Alxasov;
  • İbrahim Piriyev;
  • Ülvi İsgəndərov;
  • Rəşad Həsənov;
  • Alberto Qarsiya Fernandes;
  • Alejandro Errera;
  • Rövlan Muradov;
  • İssuf Paro;
  • Mustafa Əhmədzadə;
  • Luka Dumançiç;
  • Arthur Auqusto da Silva.

Klub eyni zamanda yay fasiləsində bir neçə futbolçu ilə yollarını ayırıb və yeni mövsüm öncəsi heyətin yenilənməsi istiqamətində işlərini davam etdirir. “Araz-Naxçıvan” 2025/2026 mövsümünü Premyer Liqanın ilk üçlüyündə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanmışdı. Buna görə də komanda həm daxili çempionatda, həm də avrokuboklarda rəqabətədavamlı heyət formalaşdırmağa çalışır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni