UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Azərbaycan təmsilçisi “Zirə” Estoniyada “Payde”nin qonağı olub. Pärnu şəhərindəki “Rannastaadion”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun böyük hissəsində hesab açılmasa da, həlledici məqam 87-ci dəqiqədə yaşanıb. Meydana sonradan daxil olan Pa Abdou Çam fərqlənərək Estoniya klubuna minimal üstünlük qazandırıb. Qarşılaşmanı moldovalı FIFA referisi Roman Jitari idarə edib.
Komandalar meydana bu heyətlə çıxıblar
“Payde”: Ebrima Jarju, Edgar Tur, Nikita Baranov, Viktor Uqo, Mixael Lilander, Pa Modu Sohna, Oskar Höim, Martin Miller, Daniel Luts, Abdourahman Badamosi, Siim Luts.
Baş məşqçi: Tarmo Kink.
“Zirə”: Aydın Bayramov, Amin Seydiyev, Qismət Əliyev, Ruan Renato, Eren Aydın, İssa Cibrilla, Quima, Martins Junior, Vieyrinya, Brahim Konate, Davit Volkov.
Baş məşqçi: Rəşad Sadıqov.
Komandalar arasında cavab görüşü iyulun 30-da Sumqayıtda keçiriləcək. “Zirə” bu mərhələni adlayacağı halda III təsnifat mərhələsində Andorranın “Santa Koloma” və Avstriyanın “Rapid” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyununda “Rapid” səfərdə 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlmək yolunda ciddi üstünlük əldə edib.
Mahir Emreli fərqləndi, Konfrans Liqasında ilk oyunların bütün nəticələri
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubu Polşanın “Rakuv” komandasında rəsmi debütünü uğurla qeyd edib. 29 yaşlı futbolçu Malta təmsilçisi “Valletta” ilə keçirilən ilk oyunda qol vuraraq komandasının 3:1 hesablı qələbəsinə töhfə verib.
UEFA Konfrans Liqası, II təsnifat mərhələsi – ilk oyunlar:
- Malişeva (Kosovo) – Hibernian (Şotlandiya) 2:0
- Alaşkert (Ermənistan) – ÇFR (Rumıniya) 1:1
- Liepaya (Latviya) – Austria (Avstriya) 0:2
- Panevejis (Litva) – Tobol (Qazaxıstan) 1:1
- Debretsen (Macarıstan) – Pünik (Ermənistan) 1:0
- Dila (Gürcüstan) – Apollon (Kipr) 0:4
- Flora (Estoniya) – TNS (Uels) 1:0
- HJK (Finlandiya) – Kolreyn (Şimali İrlandiya) 5:0
- Payde (Estoniya) – Zirə (Azərbaycan) 1:0
- AEK (Larnaka, Kipr) – Beytar (İsrail) 0:1
- Dunayska Streda (Slovakiya) – Veles (Bosniya və Herseqovina) 1:0
- Rakuv (Polşa) – Valletta (Malta) 3:1
- RFS (Latviya) – Vestri (İslandiya) 4:1
- BATE (Belarus) – Syon (İsveçrə) 1:1
- Dinamo (Tbilisi, Gürcüstan) – Jalgiris (Litva) 1:1
- Santa Koloma (Andorra) – Rapid (Avstriya) 1:3
- QAİS (İsveç) – Nordsyelland (Danimarka) 1:0
- Vitebsk (Belarus) – Sutyeska (Monteneqro) 3:0
- Universitatea Kluj (Rumıniya) – Brann (Norveç) 2:2
- Zimbru (Moldova) – Noa (Ermənistan) 1:1
- Vaduts (Lixtenşteyn) – Atletik Eskaldes (Andorra) 4:0
- Styaua (Rumıniya) – Auda (Latviya) 2:3
- Aluminiy (Sloveniya) – Dinamo Siti (Albaniya) 1:1
- Paks (Macarıstan) – Panatinaikos (Yunanıstan) 1:2
- Polesye (Ukrayna) – Kopenhagen (Danimarka) 3:3
- Varajdin (Xorvatiya) – Yablonets (Çexiya) 3:2
- Voyvodina (Serbiya) – Ayaks (Niderland) 1:4
- Boraç (Bosniya və Herseqovina) – Petrokub (Moldova) 3:0
- Hapoel (Təl-Əviv, İsrail) – Ludoqorets (Bolqarıstan) 2:0
- LNZ (Ukrayna) – Gent (Belçika) 0:0
- Luqano (İsveçrə) – Dukagini (Kosovo) 1:0
- Jilina (Slovakiya) – Katoviçe (Polşa) 2:1
- Bravo (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) 2:1
- Motervel (Şotlandiya) – HB (Farer adaları) 2:0
- Runavik (Farer adaları) – Koper (Sloveniya) 0:2
- Riyeka (Xorvatiya) – Derri Siti (İrlandiya) 1:0
- Şelburn (İrlandiya) – Nomme Kalyu (Estoniya) 5:2
- Partizan (Serbiya) – Strassen (Lüksemburq) 4:0
- Styarnan (İslandiya) – İlves (Finlandiya) 1:0
- Valyur (İslandiya) – Zrinski (Şimali Makedoniya) 1:0




