Bakıda U-17 dünya çempionatı start götürdü, Məcnunov ilk qələbəsini qazandı

Bakıda güləş üzrə 17 yaşadək idmançılar arasında dünya çempionatı start götürüb. Milli Gimnastika Arenasında keçirilən nüfuzlu yarış iyulun 27-dən avqustun 2-dək davam edəcək. Turnirdə yunan-Roma, qadın və sərbəst güləş üzrə dünyanın ən güclü yeniyetmə idmançıları mübarizə aparırlar.

Builki dünya çempionatı iştirakçı sayına görə tarixə düşüb. Birləşmiş Dünya Güləşinin (UWW) məlumatına əsasən, yarışa 60-dan çox ölkədən 681 güləşçi qeydiyyatdan keçib ki, bu da U-17 dünya çempionatları tarixində rekord göstəricidir. Turnir ərzində arenaya 1100-dən çox qonağın gəlməsi gözlənilir.

Yarışın proqramı və Azərbaycan millisinin çıxışı

İlk üç yarış günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Qadın güləşçilər iyulun 30-31-də, sərbəst güləşçilər isə avqustun 1-2-də xalça üzərinə çıxacaqlar. İyulun 27-də təsnifat görüşləri saat 10:30-da başlayıb, rəsmi açılış mərasimi isə saat 17:15-də təşkil olunacaq və ardından yarımfinal qarşılaşmaları keçiriləcək.

Azərbaycan ev sahibi kimi bütün çəki dərəcələrində tam heyətlə təmsil olunur. Dünya çempionatında ölkəmizin şərəfini ümumilikdə 29 güləşçi qoruyur.

Bakıda U-17 dünya çempionatı start götürdü, Məcnunov ilk qələbəsini qazandı

İlk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində çıxış edən Qurban Məcnunov uğurlu start verib. O, təsnifat mərhələsində Qırğızıstan təmsilçisi Əlixan Minazarovu 9:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

80 kq çəki dərəcəsində mübarizə aparan İsfahan Həsənov da çempionata qələbə ilə başlayıb. Azərbaycanlı güləşçi təsnifat mərhələsində Xorvatiya idmançısı Toma Yelençlə qarşılaşıb və rəqibini 6:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Azərbaycan millisi doğma azarkeşlər önündə uğurlu çıxışını davam etdirməyi və müxtəlif çəki dərəcələrində medal uğrunda mübarizə aparmağı hədəfləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni