Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turniri start götürəcək. Dünya Güləş Birliyinin (UWW) təqviminə daxil olan mövsümün dördüncü reytinq yarışında Azərbaycan milli komandası geniş heyətlə təmsil olunacaq.
Azərbaycan Güləş Federasiyasının açıqladığı məlumata əsasən, iyulun 19-dək davam edəcək turnirdə ölkəmizin şərəfini ümumilikdə 21 idmançı qoruyacaq. Yarış reytinq xalları baxımından böyük əhəmiyyət daşıdığından, aparıcı güləşçilər üçün dünya çempionatından əvvəl son ciddi sınaqlardan biri hesab olunur.
Azərbaycan 21 güləşçi ilə mübarizə aparacaq
Turnirə ilk olaraq sərbəst güləşçilər qoşulacaq. Baş məşqçi Xetaq Qazyumovun rəhbərlik etdiyi komandanın məşqçilər korpusunda Cəbrayıl Həsənov, Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifov yer alırlar.
Sərbəst güləş üzrə heyət:
- 57 kq – İslam Bazarqanov
- 61 kq – Nürəddin Novruzov
- 65 kq – Rəşid Babazadə
- 70 kq – Kənan Heybətov
- 74 kq – Turan Bayramov
- 79 kq – Cəbrayıl Hacıyev
- 86 kq – Arseniy Djioyev
- 92 kq – Ali Tsokayev
- 97 kq – Osman Nurmaqomedov
- 125 kq – Giorgi Meşvildişvili
Daha sonra mübarizəyə qadın güləşçilər qoşulacaqlar. Həsrət Məmmədyarovun rəhbərlik etdiyi heyətdə aşağıdakı idmançılar yer alıb:
- 53 kq – Nərgiz Səmədova
- 53 kq – Əsmər Cankurtaran
- 55 kq – Gültəkin Şirinova
- 57 kq – Jalə Əliyeva
- 65 kq – Birgül Soltanova
- 68 kq – Nigar Mirzazadə
Yunan-Roma güləşi üzrə milli komanda isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında çıxış edəcək.
Komandanın heyəti belədir:
- 60 kq – Elmir Əliyev
- 63 kq – Murad Məmmədov
- 63 kq – Sakit Quliyev
- 67 kq – Məhəmməd Şükürzadə
- 97 kq – Arif Niftullayev
Yarışın ilkin qarşılaşmaları hər gün Bakı vaxtı ilə saat 12:30-da, medal uğrunda görüşlər isə 20:00-da başlayacaq. Turnirdə Azərbaycanı I-S kateqoriyalı beynəlxalq hakim Asif Şirəliyev də təmsil edəcək.




