Avrokubokların əsas mərhələsinə bir addım qalıb: Sabah və Qarabağın rəqiblərini təqdim edirik

Əvvəlki mərhələdə Azərbaycan nəhəngləri öz meydanlarında uğurlu çıxış sayəsində vacib qələbələr qazandılar. Sabah səfərdəki məğlubiyyətdən (1:2) sonra Orhusa qarşı matçda dominant oyun nümayiş etdirərək 4:0 hesabı ilə qalib gəldi. Qarabağ da ilk oyunda Dinamoya 0:1 hesabı ilə məğlub oldu, lakin öz meydanında 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi.

Avqustun 19-da Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda Sabah İsrailin Hapoel Beer-Şeva klubu ilə qarşılaşacaq, Qarabağ isə avqustun 20-də Niderlandın Tvente klubuna qarşı mübarizə aparacaq. Bu MelBet baxışında klublarımızın rəqibləri haqqında bilməli olduğun hər şeyi danışırıq.

İnteri məğlub edən səhra klubu

2007-ci ildə Hapoel Beer-Şeva böhran içində idi və İsrailin ikinci divizionunda çıxış edirdi. Həmin vaxt klubu gözlənilmədən Alona Barkat satın aldı. O, ölkə tarixində futbol klubunun ilk qadın sahibi oldu.

Hapoel Beer-Şevanın böyük borcları var idi, klubun idarəçiliyi isə son dərəcə ağır vəziyyətdə idi. Lakin cəmi doqquz il sonra, 40 illik fasilədən sonra klub İsrail çempionu oldu. Bu isə hələ hamısı deyildi: həmin titul komandanın daxili arenada üçillik dominantlığının yalnız başlanğıcı idi. Həmin dövrdə Hapoel Beer-Şeva Avrokuboklarda stabil çıxış edirdi. 2016/17 mövsümündə «Dəvələr» Avropa Liqasının qrup mərhələsində İnteri iki dəfə – 3:2 və 2:0 hesabı ilə məğlub etdi.

Beer-Şeva İsrailin cənubunun əsas şəhəridir və faktiki olaraq Negev səhrasının mərkəzində yerləşir. Hapoel öz ölkəsində paytaxt nəhənglərinə meydan oxuyub və hazırkı çempiondur. Bu komanda ona yuxarıdan baxılmasına öyrəşib və öz səviyyəsini sübut etməyə hazırdır.

Təsnifat mərhələsinin əvvəlki raundlarında Hapoel Beer-Şeva İslandiyanın Vikinqur (1:2, 2:0) və Tsrvena Zvezda (1:0, 2:0) klublarını mübarizədən kənarlaşdırıb. Ran Kozukun yetirmələri 4-3-3 sxemi ilə oynayırlar. Komanda müdafiədə etibarlı oynamağı bacarır, lakin qətiyyən öz qapısına sıxılmayacaq. «Dəvələr» müdafiədən hücuma sürətli keçidləri yaxşı qurublar, buna görə də Sabah meydanın mərkəzində yersiz top itkilərindən qaçmalıdır.

Ksander Severina Sabahın gələcək rəqibini belə xarakterizə edib: «Bu, çox yaxşı komandadır. Mən hələ Makkabidə çıxış edərkən onlara qarşı oynamışam. Buna görə də düşünürəm ki, bizi iki həyəcanlı matç gözləyir. Ötən mövsüm çempionluğu əbəs yerə qazanmayıblar. Biz onlara qarşı oynayanda onlar təkbətək mübarizələri və bütün 90 dəqiqə ərzində pressinq etməyi sevirdilər».

Mançester Yunayteddən olan duet Tventeni əvvəlki əzəmətinə qaytarmağa çalışır

2010-cu il Niderland çempionu Tvente PSV, Ayaks və ya Feyenoord səviyyəsində komanda deyil, lakin yenə də çox çətin rəqibdir. Son dövrlərdə klubun inkişaf istiqamətini daha əvvəl Mançester Yunaytedi çalışdırmış Erik ten Haq müəyyən edir. Bu yay o, «Qırmızı şeytanlar»da onun rəhbərliyi altında çıxış etmiş köhnə tanışı Vaut Veqhorstu kluba transfer edib. Beləliklə, Tvente güclü bombardir və təcrübəli lider qazanıb. Maraqlıdır ki, Erik ten Haq əvvəllər Tventedə oynayıb, daha sonra isə klubun gənclər komandasını çalışdırıb.

Bu mövsüm niderlandlılar Avrokuboklardakı yollarına Avropa Liqasında başlayıblar, lakin elə ilk rəqibləri Ferentsvaroşa məğlub olublar (ümumi hesab – 3:4). Konfrans Liqasının əvvəlki mərhələsində Tvente Slovakiyanın DAK 1904 klubunu mübarizədən kənarlaşdırıb – 6:0, 3:3. Karyerasının əvvəlində Yuventusda çıxış etmiş Marko Pyatsa üç qola imza atıb.

Con van den Bromun rəhbərliyi altında Tvente topa və meydana nəzarət etməyə çalışır. Qarabağ da nəzarətdən imtina etmək niyyətində deyil, lakin səfərdə bunu etməli ola bilər. Dinamoya qarşı cavab matçında «Köhlən atlar» artıq daha yaxşı qarşılıqlı əlaqə qurur və topu daha sürətli irəli daşıyırdılar. Lakin komandanın oyununda yenə də nəticəyə təsir edə biləcək səhvlər var idi.

Qarabağ Tventeni keçə biləcəkmi? Müdafiəçi Bentse Varkonyi bu suala birbaşa cavab vermək istəməyib: «Oyunumuzda həm müdafiədə, həm də hücumda çox şeyi yaxşılaşdırmalıyıq. Bundan əvvəl ardıcıl üç matçda qol vura bilməmişdik, amma xoşbəxtlikdən kiyevlilərə qarşı iki dəfə fərqləndik. İşləməyə davam edəcəyik».

Favorit kimdir?

MelBet ekspertləri komandaların növbəti mərhələyə keçmək şanslarını belə qiymətləndiriblər:

Sabah-Hapoel Beer-Şeva cütündə: Valdas Dambrauskasın komandasının mərhələni keçməsinə – 1.77, İsrail təmsilçisinin keçməsinə – 1.94.

Qarabağ – Tvente cütündə: «Köhlən atlar»ın mərhələni keçməsinə – 1.85, Veqhorst və komandasının keçməsinə – 1.89.

Qeyd edək ki, hər iki komandamız yenə ilk matçlarını səfərdə keçirəcək. Təsnifat mərhələsinin əvvəlki raundunun göstərdiyi kimi, cavab matçını öz meydanında keçirmək ciddi üstünlükdür.

Sevimli komandanı dəstəklə və ən yaxşı əmsallarla matça mərc et! MelBet pul ödəyirmi? Əlbəttə! Əsas odur ki, platformanın qaydalarına əməl edəsən və bu halda uduşun tam həcmdə ödəniləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni