MOİK “Xankəndi”ni məğlub etdi: I Liqada tura yekun vuruldu

Futbol üzrə Azərbaycan I Liqasında üçüncü turun mübarizəsi başa çatıb. Turun son qarşılaşmasında “Xankəndi” MOİK-lə üz-üzə gəlib.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hər iki qolu B.İsmayılov vurub. O, 66-cı dəqiqədə hesabı açıb, 90-cı dəqiqədə isə komandasının üstünlüyünü iki topa çatdırıb.

Bu nəticə MOİK üçün mövsümdə ilk qələbə olub. Komanda ilk iki turda “Şahdağ Qusar”a 0:1 hesabı ilə uduzmuş, “Mingəçevir”lə isə 1:1 hesablı heç-heçə etmişdi.

Azərbaycan I Liqası, 3-cü tur
18 sentyabr

“Xankəndi” – MOİK – 0:2

  • Qollar: B.İsmayılov, 66, 90.
  • Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
  • Hakim-inspektor: Ceyhun Haşımov.
  • AFFA nümayəndəsi: İlham Əliyev.
  • Stadion: Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
MOİK “Xankəndi”ni məğlub etdi: I Liqada tura yekun vuruldu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni