II Liqada 4-cü tur başa çatdı: favoritlər qələbə qazandı

Azərbaycan II Liqasında 4-cü turun oyunları başa çatıb. Turun ikinci günündə keçirilən dörd qarşılaşmada ümumilikdə 20 qol vurulub. Günün ən böyükhesablı nəticəsinə “Qaradağ Lökbatan” imza atıb, “Zəngəzur” isə Ağdaş səfərindən üç xalla qayıdıb.

“Zəngəzur” “Ağdaş”ın müqavimətini matçın sonlarında qırıb. R.Voronsov və T.Qurbatovun qolları qonaqlara 2:0 hesablı qələbə qazandırıb. “Dinamo” isə ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, fasilədən sonra iki qol vuraraq “Hypers”i 2:1 hesabı ilə məğlub edib.

Günün ən məhsuldar qarşılaşmalarından biri Saatlıda keçirilib. “Kür-Araz” ilk 38 dəqiqədə üç qol vursa da, “Difai” geri dönüş edərək 5:3 hesablı qələbə qazanıb. “Qaradağ Lökbatan” isə “Şəmkir”in qapısından yeddi cavabsız top keçirib.

2-ci Liqa, 4-cü tur
21 sentyabr 

“Ağdaş” – “Zəngəzur” 0:2

  • Qollar: R.Voronsov, 79. T.Qurbatov, 83.
  • Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
  • Hakim-inspektor: Ramil Diniyev.
  • AFFA nümayəndəsi: Elgiz Abbasov.
  • Ağdaş şəhər stadionu.

“Hypers” – “Dinamo” 1:2

  • Qollar: C.Rəcəbli, 8 – N.Muradlı, 49. Z.Məmmədli, 52.
  • Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov.
  • Hakim-inspektor: Orxan Məmmədov.
  • AFFA nümayəndəsi: Yavər Rəhimov.
  • Bərdə şəhər stadionu.

“Kür-Araz” – “Difai” 3:5

  • Qollar: S.Həsənov, 8. B.Əliyev, 11, 38 – A.Xəlilzadə, 40. M.Abasov, 44. A.Qaracayev, 77. E.Ağalarov, 90+1. M.Məmmədov, 90+7.
  • Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev.
  • Hakim-inspektor: Zöhrab Qədiyev.
  • AFFA nümayəndəsi: Mahal Məmmədov.
  • Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Qaradağ Lökbatan” – “Şəmkir” 7:0

  • Qollar: R.Quliyev, 15. Ə.Əlizadə, 18, 84. R.Orucov, 20. Ə.Hacılı, 65, 76. K.Mahmudov, 89.
  • Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli.
  • Hakim-inspektor: Munis Abdullayev.
  • AFFA nümayəndəsi: Seymur Səlimli.
  • Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
II Liqada 4-cü tur başa çatdı: favoritlər qələbə qazandı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni