More

    MelBet`in versiyasına görə mövsümün birinci hissəsində ən yaxşı Azərbaycan legionerləri

    Biz xarici klublarda oynayan Azərbaycan millisinin üç ən yaxşı futbolçusunu haqqında  MelBet baxış hazırladıq.

    Mahir Emreli (Nürnberg)

    Nürnberg`in hücumçusu mövsümün birinci yarısında 2-ci Bundesliqada 3 qol vurub və Almaniya Kubokunda Hoffenhayma qarşı oyunda bir dəfə fərqlənib. İlk baxışda rəqəmlər təsirli görünməsə də, alman klubu 27 yaşlı futbolçunun çıxışlarından razıdır – Nürnberg artıq Mahir Emrelinin müqaviləsini 2025/2026 mövsümünün sonuna qədər uzatmaq istəyir.

    Azərbaycan millisinin hücumçusu keçən yay Dinamo Zaqreb`dən Bavariya klubuna transfer olunub. O, çempionatın startını zədə səbəbindən buraxsa da, tez bir zamanda yerli azərkeşlərin rəğbətini qazanıb. Mahirin Groyter Fyurtə qarşı derbidə vurduğu qol Nürnberq azərkeşləri tərəfindən 2024`cü ilin ən yaxşı qolu seçilib – o, uzaq məsafədən möhtəşəm bir zərbə ilə topu qapıya göndərib. Bununla belə, hücumçunun hələ sabitliyi çatışmır və bu, komandanın nəticələrinə təsir edir – son 6 oyunda onun qolsuz çıxış etdiyi matçlarda Nürnberq yalnız 1 qələbə qazana bilib.

    Emrelinin öz sözlərinə görə: «Düşünürəm ki, özümü yaxşı göstərmişəm, baxmayaraq ki, bu yarım mövsüm ərzində həm enişlər, həm də yüksəlişlər oldu. Qış fasiləsindən sonra məhsuldarlığımı artırmaq istəyirəm, buna görə də ikinci dövrənin startına qədər formamı bərpa edib meydanda komanda yoldaşlarımla daha yaxşı əlaqə qurmalıyam».

    Emrelinin baş məşqçi Miroslav Kloze ilə münasibətlərini xüsusi qeyd etmək lazımdır. Kloze, Emreliyə çox şey öyrədə biləcək bir məşqçidir – azərbaycanlı futbolçuya güvənir, amma eyni zamanda ciddi bir müəllim olaraq qalır: «Mən Emreliyə izah etdim ki, kompakt oyun oynamaq nə qədər vacibdir və ona daha çox intensiv məşqlər lazım olduğunu dedim. O, hər şeyi başa düşür, buna görə də çox müsbət cəhətlər görürəm. Ona dedim ki, xüsusi bir şey tələb etmirəm – sadəcə effektiv olmaq kifayətdir. Əgər pis əhval-ruhiyyədə olsan və meydanda tam gücünü sərf etməsən, topu dabanla oynamaq heç bir fayda verməyəcək».

    Mahir daha sərfəli təklifləri rədd edərək Almaniya millisinin əfsanəvi hücumçusu ilə işləməyi seçdi, baxmayaraq ki, bəzi Asiya ölkələrində ona daha çox pul ödəməyə hazır idilər. Bəs MelBet pulu ödəyirmi? Əlbəttə ki, ödəyir! Bu beynəlxalq bukmeker şirkəti 2012`ci ildən fəaliyyət göstərir və öz nüfuzunu diqqətlə qoruyur. Mahir Emreli də Miroslav Klozenin etimadını doğrultmaq üçün ikiqat enerji ilə işləmək niyyətindədir.

    Renat Dadaşov (Ankaragücü)

    Türkiyə mediası hesab edir ki, Ankaragücü`nün əsas problemi hücumdakı oyundur. Klubun qarşısında Super Liqaya qayıtmaq hədəfi qoyulub, lakin aşağı məhsuldarlıq səbəbindən komanda ikinci divizionun turnir cədvəlinin ortasında ilişib qalıb. Ekspertlər Renat Dadaşovun problemlərini də qeyd edirlər – o, mövsümün birinci yarısında cəmi 2 qol vurub.

    Bəs 25 yaşlı hücumçuya yönələn tənqidlər ədalətlidirmi? Bir tərəfdən, Dadaşovdan daha çox şey gözlənilirdi – keçən mövsüm o, Hatayspor üçün Super Liqada 6 qol vurmuşdu. Digər tərəfdən, həmin dövrdə Renat sağlam idi, bu mövsümdə isə o, qasıq yırtığının aradan qaldırılması üçün əməliyyat keçirib. Buna baxmayaraq, Dadaşov mövsümə optimist başladı – Ankaragücü üçün ilk 5 oyunda 2 qol vurdu və 1 asist etdi.

    Siz heç bir MelBet şikayət nümunəsi tapa bilməzsiniz. Eyni zamanda, Dadaşovun 5`ci turdan sonra heç bir tam oyununu da tapa bilmərsiniz. Azərbaycanlı hücumçu əməliyyatdan sonra formasını bərpa edən kimi göstəricilərini yaxşılaşdıracaq. Qəbələ`nin keçmiş baş məşqçisi, türkiyəli Fatih Kavlak, Dadaşovun potensialına inanır: «Düşünürəm ki, Renat birinci liqa səviyyəsindən daha yüksək səviyyədə olan futbolçudur. O, bunu meydanda nümayiş etdirir. Mövsüm ərzində Dadaşov bir neçə dəfə «Ankaragücü» nə kömək edəcək».

    Ozan Kökçü (HİK Helsinki)

    2023/2024 mövsümü 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin karyerasında ən yaxşısı oldu. Ozan Kökçü, FK Eydhoven komandasında çıxış edərək Niderlandın ikinci liqasında 38 oyunda 12 qol vurub və 4 asist edib. Bu göstəricilər ona Azərbaycan millisinə qayıtmağa kömək etdi – Kökçü UEFA Millətlər Liqasında 4 oyun keçirdi. Bundan əlavə, Ozan Finlandiyanın HİK klubuna transfer olundu və avrokuboklarda debüt etdi. Hələ ki, o, yeni komandasında fərqlənə bilməyib, eyni zamanda millinin payız oyunlarında da qol vura bilmədi. Buna baxmayaraq, Ozan Konfrans Liqası oyunlarında yaxşı qiymətlər alıb və bir neçə dəfə ilk qoluna yaxın olub. Finlandiyada qollar mütləq gələcək, lakin 2024`cü ildə də futbolçu böyük irəliləyiş əldə edə bildi.

    Azərbaycanlı legionerlərin uğurlarını MelBet ilə izləyin!

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni