Sport-az xəbər verir ki, UFC-nin sahibi olan “TKO Group” Səudiyyə Ərəbistanından olan investorlarla birlikdə yeni boksçuluq liqası təşkil edəcək. Bu haqda məlumat “New York Times” qəzetində dərc olunub.
Müqavilə barədə rəsmi açıqlamanın yaxın həftələrdə verilməsi gözlənilir. Layihənin maliyyə dəstəyini Səudiyyə Ərəbistanı Fondu təmin edəcək, idarəetmə işləri isə “TKO Group” tərəfindən həyata keçiriləcək. Boks liqasında döyüşlərin Səudiyyə Ərəbistanı, ABŞ və Avropada keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, UFC-nin baş direktoru Dana Uayt daha əvvəl peşəkar boks sahəsində çalışmaq arzusunda olduğunu bildirmişdi.