Beşqat dünya çempionu, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı olan məşhur karate ustası Rafael Ağayev Azərbaycan Karate Federasiyasındakı vəzifəsindən istefa verib.
Sport-Az xəbər verir ki, Ağayev Dünya Karate Federasiyasındakı (WKF) vitse-prezident vəzifəsindən istefa ərizəsi təqdim edib. Bu vəzifəyə o, Azərbaycan Karate Federasiyasını (AKF) təmsil edərək təyin olunmuşdu.
Qeyd edək ki, Rafael Ağayev bu posta keçən ilin fevral ayında təyin edilmişdi.