Sabah fasilədə 4 gün istirahət edəcək, 10 futbolçu millilərə çağırılıb

“Sabah” milli komandaların beynəlxalq matçlarına görə yaranan fasilədən sonra noyabrın 10-da bir araya gələcək. Klubun sözçüsü Elnur Həmidovun açıqlamasına görə, komandaya dörd günlük istirahət verilib.

Həmidov bildirib ki, “Sabah”ın 10 oyunçusu müxtəlif yığmalara çağırılıb. Onlar yığmaların matçları başa çatandan sonra komandaya qoşulacaqlar.

Fasilədən sonra paytaxt təmsilçisi Misli Premyer Liqasında ilk matçına noyabrın 20-də səfərdə “Sumqayıt”la çıxacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni