Rusiyalı döyüşçü, UFC çempionu Xəbib Nurməhəmmədovun uzaq qohumu olan Umar Nurməhəmmədov Kaliforniya ştatının (ABŞ) Atletika Komissiyası tərəfindən tibbi səbəblərdən altı aylıq döyüşlərdən uzaqlaşdırılıb.
19 yanvarda UFC 311 turnirində baş tutan döyüş bütün beş raund davam edib.
- Mərab Dvalişvili hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
- Umar Nurməhəmmədov isə karyerasında ilk məğlubiyyətini yaşayıb.
Qeyd edək ki, Nurməhəmmədov döyüş zamanı Dvalişviliyə qarşı çıxarkən qolunu sındırıb.



