More

    Həndbol üzrə Dünya Çempionatı 2025: Dördüncü Yarımfinalçı Məlum Oldu

    2025-ci il Həndbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin son oyunu başa çatdı. Gərgin qarşılaşmada Portuqaliya millisi Almaniyanı əlavə vaxtda 31:30 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi.

    Portuqaliya ilk hissədə 13:9 hesabı ilə irəlidə idi. Lakin ikinci hissədə almanlar güclü hücumla oyuna qayıtdılar və əsas vaxt 26:26 hesabı ilə tamamlandı. Overtime komandalar bir-birindən geri qalmırdı, lakin portuqaliyalılar matçın bitməsinə 3 saniyə qalmış həlledici qolu vuraraq tarixi qələbəyə imza atdılar.

    Digər 1/4 Final Oyunları

    Bundan əvvəl keçirilən dramatik matçlarda Xorvatiya millisi Macarıstana qarşı son dəqiqələrdə 4 top fərqini əritdi və son saniyədə qalib gəldi. Fransa isə Misirə qarşı oyununda cəmi 0,3 saniyə qalmış qələbə qolunu vuraraq yarımfinala adladı.

    Danimarka isə Braziliya üzərində rahat qələbə qazanaraq yarımfinala yüksəldi. Portuqaliya ilə Danimarka arasında yarımfinal oyunu 31 yanvarda baş tutacaq. İlk yarımfinal qarşılaşması isə bu gün oynanacaq və finala yüksələcək ilk komanda bəlli olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni