Ağdamın Qarabağ klubu qapıçı Şahruddin Məhəmmədəliyev ilə müqaviləni iki il müddətinə uzadıb. Bu barədə Sport-Az məlumat verib.
Şahruddin Məhəmmədəliyev Qarabağ forması ilə yeddi dəfə Azərbaycan çempionu olub və üç dəfə ölkə kubokunu qazanıb.
29 yaşlı qapıçı, eyni zamanda, Azərbaycan milli komandasında 29 oyun keçirib və komandaya mühüm töhfələr verib.



