More

    FHN Əməkdaşı Armrestlinq Yarışında Birinci Oldu

    22-23 fevral 2025-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində böyüklər arasında armrestlinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarış Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil edilib. Turnirdə müxtəlif çəki dərəcələrində 200-dən çox idmançı iştirak edib və güc, iradə nümayiş etdiriblər.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun mayoru Rəşad Kəsəmənli həm sağ, həm də sol əllə dörd döyüş keçirib və bütün görüşlərdə qalib gələrək qızıl medala layiq görülüb.

    Qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalları ilə təltif olunublar.

    Qeyd edək ki, Rəşad Kəsəmənli Bakı şəhərində keçiriləcək armrestlinq üzrə dünya çempionatında iştirak etmək üçün lisenziya qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni