More

    “Qarabağ” Azərbaycan çempionatında tarixi rekordunu yenidən təkrarlayıb

    “Qarabağ” futbol klubu Azərbaycan çempionatında növbəti rekordunu yenidən təkrarlamağı bacarıb. sport-az.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın bu uğuru Misli Premyer Liqasının XXIV turunda “Sabah” klubu ilə keçirilən və 1:1 hesabı ilə nəticələnən matçda qeydə alınıb.

    Ağdam təmsilçisi həmin oyunda mövsüm ərzində 60-cı qolunu vuraraq, öz tarixi rekordunu təkrarlayıb. Bu önəmli qola “Qarabağ”ın hücumçusu Abdullah Zubir imza atıb.

    “Qarabağ”ın tarixi rekordları:

    • 2003/2004 mövsümü: 60 qol (24 oyunda)
    • 2021/2022 mövsümü: 60 qol (24 oyunda)
    • 2023/2024 mövsümü: 60 qol (24 oyunda)
    • 2024/2025 mövsümü: 60 qol (24 oyunda)

    Ötən mövsümdə “Qarabağ” hətta 24 oyunda 61 qol vuraraq tarixi rekordunu daha da yaxşılaşdırmışdı. Bu uğur komandanın Azərbaycan çempionatlarında ardıcıl yüksək səviyyəli çıxışının göstəricisidir.

    Azərbaycan çempionatlarının ən sürətli 60 qolu:

    Azərbaycan çempionatlarının ümumi tarixində “Kəpəz” klubu ən sürətli 60 qol rekordunu əldə edib. Gəncə təmsilçisi 1995/96 mövsümündə cəmi 17 matçda 60-cı qolunu vuraraq, ölkə futbolunda hələ də toxunulmaz qalan bir rekorda imza atıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni