More

    Tahir Gözəl: “Hədəfimiz və məramımız dəyişmir”

    “Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 33 il ötür. Uzun illər Qarabağ haqqında danışanda çətinlik çəkir, soyqırımı Xocalıdan kənarda anırdıq”. Bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə verdiyi açıqlamada bildirib.

    Xocalı soyqırımının dəhşətləri və qələbənin qüruru

    Tahir Gözəl 1992-ci ildə baş verən Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşərək, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı şanlı qələbədən sonra Qarabağ haqqında artıq qürurla danışmağın mümkün olduğunu vurğulayıb: “Artıq doğma torpaqlarımıza qayıtmışıq. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. Soyqırım gününü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edə bilirik. Əminəm ki, indi şəhidlərimizin ruhu şaddır. Dünya tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmayacağıq.”

    Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 günahsız insan qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çox insan isə girov götürülüb. Tahir Gözəl bu dəhşətləri unutmağın mümkün olmadığını qeyd edib və dünya dövlətlərinin Xocalı soyqırımına hüquqi qiymət verəcəyinə ümid etdiyini bildirib.

    “Qarabağ” klubunun missiyası və məqsədləri

    Tahir Gözəl “Qarabağ”ın işğal dövründə məcburi köçkünlərin təsəllisi olduğunu və klubun hər zaman fərqli missiya daşıdığını vurğulayıb: “Qarabağ Futbol Klubu həmişə fərqli missiya daşıyıb. Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib. Biz Qarabağ adını Avropada layiqli şəkildə təmsil etməyə, ucaltmağa çalışmışıq.”

    Gözəl komandanın qələbə ruhunun, mübarizə əzminin və sərgilədiyi xarakterin əldə edilən nəticələrdən daha önəmli olduğunu bildirib. “Elə qarşılaşmalar olub ki, biz məğlub olmuşuq, amma döyüşkənliyimizi və iradəmizi heç vaxt itirməmişik. Bu əzmin arxasında Qarabağ adı və xalqımızın bizə olan inamı və sevgisi dayanır.”

    Avropada “Qarabağ” adını ucaldırıq

    “Qarabağ” klubunun Azərbaycan futbolunun liderinə çevrildiyini və avrokuboklardakı uğurları ilə azarkeşləri sevindirdiyini vurğulayan Tahir Gözəl, klubun əsas məqsədinin dəyişmədiyini bildirib: “Hədəfimiz və məramımız dəyişmir: bundan sonra da Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni