Azərbaycanlı kikboksçu Elşad Şahbazov 48 aylıq yarışlardan kənarlaşdırılıb. Sport-Az, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, idmançının dopinq testində qadağan olunmuş maddələr və ya onların metabolitləri aşkarlanıb. Bu səbəbdən ona qarşı ciddi sanksiya tətbiq edilib.
Diskvalifikasiya 25 oktyabr 2023-cü ildən qüvvəyə minib və 25 oktyabr 2027-ci ilə qədər davam edəcək.



