Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” futbol klubu heyətini 26 yaşlı keniyalı müdafiəçi Conston Omurva ilə gücləndirir. Sport-Az xəbər verir ki, Omurva həftənin sonuna qədər komandaya qoşulacaq. O, klubla üç aylıq müqavilə imzalayacaq. Əgər Gəncə təmsilçisi mövsümün sonunda Premyer Liqada qalmağı bacarsa, müqavilə daha bir il uzadılacaq.
Keniyalı futbolçu 2019-cu ildən milli komandada çıxış edir və bu müddətdə 21 oyun keçirib. O, son olaraq Səudiyyə Ərəbistanının “Abha” klubunda oynayıb, lakin komandadan ayrıldıqdan sonra sərbəst agent statusunda idi. İndi isə “Kəpəz”ə qoşularaq karyerasını Azərbaycanda davam etdirəcək.
Qış transfer pəncərəsində “Kəpəz” heyətinə bir neçə yeni futbolçu cəlb edib:
- Sadiq Şəfiyev (“Turan Tovuz”)
- Rati Ardaşişvili (Gürcüstan)
- Şervoni Mabatşoyev (Tacikistan)
- Trent Buxagyar (Avstraliya)



