More

    Azərbaycan millisinin sabiq futbolçusu hakimə hörmətsizliyə görə cəzalandırıldı

    Azərbaycan millisinin keçmiş futbolçusu Ruslan Qurbanov, hazırda II Liqada çıxış edən “Hypers Quba” klubunun hücumçusu, 4 oyunluq diskvalifikasiya edilib. Sport-Az xəbər verir ki, bu qərarı AFFA-nın İntizam Komitəsi qəbul edib. 33 yaşlı futbolçu XIV turun “Şəmkir” ilə oyununda 39-cu dəqiqədə hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Onun bu hərəkətinə görə “Hypers Quba” klubu 300 manat cərimələnib.

    Eyni zamanda, matçın 90+4-cü dəqiqəsində Sənan Aslanov aqressiv davranışına görə birbaşa qırmızı vərəqə alıb və o da 4 oyunluq cəzalandırılıb. Klub onun intizamsızlığına görə əlavə 300 manat cərimə ödəməli olacaq.

    Bundan başqa, “Hypers Quba” azarkeşləri oyunda pirotexniki vasitələrdən istifadə ediblər. Bununla bağlı kluba 150 manat məbləğində cərimə tətbiq edilib.

    Qeyd edək ki, “Şəmkir” futbolçularının matçdan sonra rəqib azarkeşlərin narazılığına səbəb olan hərəkətləri ilə bağlı kluba xəbərdarlıq edilib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni