More

    Polad Rzayev paralimpiya oyunlarında dağ xizəyi idman növündə iştirak edəcək

    Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev, paralimpiya oyunlarında dağ xizəyi idman növündə mübarizə aparacaq.

    Milli Paralimpiya Komitəsinin mətbuat xidməti bildirir ki, idmançı yarışlara ciddi şəkildə hazırlaşır, intensiv məşqlərini davam etdirir və texnikasını təkmilləşdirir.

    Rzayev artıq “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyasının təşkil etdiyi böyüklər arasında həvəskar xizək yarışı – Heydər Əliyev Kubokunda da iştirak edərək öz bacarığını sınayıb.

    Onun beynəlxalq turnirlərdə uğurla çıxış etməsi üçün Azərbaycan Qış İdman Növləri Federasiyası ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq yaradılıb. Bu tərəfdaşlıq çərçivəsində idmançının hazırlığına xüsusi diqqət ayrılır.

    Qeyd edək ki, Polad Rzayev Vətən müharibəsində iştirakına görə “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenləri, eləcə də “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni