More

    Rafael Fiziyev: “Favorit göstərilməyim həmişə məni təəccübləndirir”

    Azərbaycanlı döyüşçü Rafael Fiziyev qarşıdan gələn Justin Geyci ilə revanş döyüşündə favorit sayılmasına münasibət bildirib. Sport-az xəbər verir ki, Fiziyev martın 8-də Las-Veqasda baş tutacaq UFC 313 döyüşündə favorit göstərilməsinə təəccüblənib.

    Bu, həmişə məni təəccübləndirir. İlk dəfə favorit elan olunanda da eyni hissləri keçirmişdim. İnsanların məni favorit hesab etməsi mənə qəribə gəlir. Əslində, mənə daha çox autsayder olmaq xoşdur. İnsanlar mənə inanmadıqda, bu, məni daha çox motivasiya edir. Amma görünür ki, pis döyüşçü deyiləm“, – deyə Fiziyev fikirlərini bölüşüb.

    Bundan əlavə, o, Justin Geycinin revanşı qəbul etməsinə görə minnətdarlığını ifadə edib.

    Bu xəbəri eşidəndə hədsiz sevindim və hələ də sevinirəm. Dünən Las-Veqasda onu ilk dəfə görəndə yanına gedib əlini sıxdım və dedim ki, ‘Bu gün mənim ad günümdür, səninlə yenidən döyüşmək mənim üçün ən böyük hədiyyədir‘”, – deyə Fiziyev etiraf edib.

    Qeyd edək ki, UFC 313 çərçivəsində baş tutacaq bu qarşılaşma turnirin ikinci ən vacib döyüşü olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni