More

    Azərbaycanlı samboçu dopinq qalmaqalı səbəbindən 5 il diskvalifikasiya olundu

    Azərbaycanlı sambo idmançısı Ramil Vəliyev antidopinq qaydalarını pozduğu üçün 5 il müddətinə yarışlardan uzaqlaşdırılıb. Sport-Az-ın Axar-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Dopinq Test Agentliyi (ITA) rəsmi açıqlama yayıb.

    Məlumata əsasən, 18 sentyabr 2022-ci ildə idmançının dopinq testi müsbət nəticə verib. Bununla əlaqədar Vəliyev həm dopinq istifadəsi, həm də qaydaların pozulmasına cəhd maddələri üzrə cəzalandırılıb. Diskvalifikasiya qərarı 28 oktyabr 2022-ci ildən qüvvəyə minib və 27 oktyabr 2027-ci ildə başa çatacaq.

    İTA bu qərarı rəsmi saytında dərc edib.

    Qeyd edək ki, 15-18 sentyabr 2022-ci il tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında Ramil Vəliyev 79 kq çəki dərəcəsində çıxış edərək döyüş sambosu üzrə gümüş medal qazanmışdı. Finalda o, Rusiya təmsilçisi Zahid Qaydarova məğlub olmuşdu. Ehtimallara görə, dopinq testi məhz bu qarşılaşmadan sonra götürülüb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni